Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisuliti təbrik edib.
Bu barədə President.az xəbər verib. Təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.