Ev Cəmiyyət Şəhriyar qəsəbəsində iki min nəfərin yaşadığı bir hissə susuz qalıb 

Şəhriyar qəsəbəsində iki min nəfərin yaşadığı bir hissə susuz qalıb 

38

Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb.Xezerxeber.az-ın məlumatına görə, sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.

Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub Layihənin gələn ilin dövlət  proqramına salınması nəzərdə tutulub.

Əvvəlki məqaləDünya Bankı iqlim dəyişikliyi ilə mübarizəyə on milyardlarla vəsait xərcləyəcək
Növbəti məqalədəAdrian Mutu: ”Azarkeşlərin narazılığı haqlıdır”