“Vahid amal ətrafında birləşərək ictimaiyyətə fayda vermək könüllülük prinsipinin ən yüksək dəyərlərindəndir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında qeyd edib.
O bildirib ki, bu gün Beynəlxalq Könüllülər Günü bu fəaliyyətin əhəmiyyətini bir daha vurğulamaq üçün fürsətdir.
“Azərbaycanda xeyirxahlıq ənənələrini davam etdirən könüllülük təşəbbüsünün genişlənməsi həm də milli-mənəvi dəyərlərə bağlılığın örnəyidir. Könüllülər İqtisadiyyat Nazirliyində də fəal əməkdaşlığa cəlb ediliblər. Öz əməyini fədakarlıqla paylaşaraq cəmiyyətə töhfə verən bütün könüllülərə təşəkkür edir və işlərində uğurlar diləyirik”.