Ev Siyasət Emanuel Giaufret: “Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”

Emanuel Giaufret: “Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”

40

“Azərbaycan qazı hazırda bir real mənbədir”.APA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Serbiyadakı səfiri Emanuel Giaufret bildirib.

Emanuel Giaufret deyib ki, Serbiya-Bolqarıstan interkonnektoru sayəsində Serbiya daha çox qaz mənbəyinə etibar edə biləcək:

“Alternativ mənbələrdən istifadə Avropa İttifaqını daha güclü edir. Son iki ildə biz buna çalışırdıq və bu istiqamətdə fəaliyyətimiz davam edəcək.

Avropa İttifaqı Azərbaycandan qaz idxalını artırır. Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır”.

Əvvəlki məqaləŞuşada TÜRKSOY Media Mükafatının təqdimatı olub
Növbəti məqalədəDubravka Cedoviç: “Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər”