Ev Dünya Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü

Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü

44

Türkiyədə 37 bölgədə eyni vaxtda həyata keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində çox sayda cinayətkar qrup çökdürülüb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında açıqlama verib.

“37 vilayətdə eyni vaxtda keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində 9-u milli və yerli mütəşəkkil cinayət təşkilatı, 30-u isə bu təşkilatları silah və materiallarla təmin edən cinayətkar qrup olmaqla ümumilikdə 39 mütəşəkkil cinayət strukturu çökdürülüb.

Mütəşəkkil cinayətkar təşkilatın rəhbərləri ilə birlikdə 257 şübhəli şəxs ələ keçirilib”, – deyə Ali Yerlikaya bununla bağlı paylaşımda qeyd edib.

Əvvəlki məqaləQurban Yetirmişli: “Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı yoxdur”
Növbəti məqalədəAzərbaycanın U-20 millisi EEVZA çempionatında iştirak edəcək