Ev Dünya Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb 

Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb 

45

Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İki ölkənin müdafiə nazirləri Suren Papikyan və Nikos Dendiasın görüşündə Ermənistan-Yunanıstan müdafiə əməkdaşlığı məsələləri müzakirə edilib. Qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib, bu əməkdaşlığın yenilənmiş formatda, o cümlədən hərbi-texniki istiqamət, təcrübə mübadiləsi, təhsil, təlim-tədris, taktiki hazırlıq və digər sahələrdə inkişaf etdirilməsi barədə razılıq əldə olunub”, – deyə məlumatda bildirilib.

Müqavilənin imzalanması barədə Yunanıstan naziri Nikos Dendias da “X” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, bu sahədə İrəvanla qarşılıqlı fəaliyyət Yunanıstan hökuməti üçün prioritetdir.

Əvvəlki məqaləFransanın neokolonializm siyasəti ilə bağlı Yekun Bəyannamə qəbul olundu
Növbəti məqalədəPremyer Liqa: “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib