Ev Dünya Fransanın neokolonializm siyasəti ilə bağlı Yekun Bəyannamə qəbul olundu

Fransanın neokolonializm siyasəti ilə bağlı Yekun Bəyannamə qəbul olundu

48

“Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” beynəlxalq konfransının Yekun Bəyannaməsi qəbul olunub.

“Report”un xəbərinə görə, sənəddə qeyd olunub ki, 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnamə qəbul edib.Bu qətnamədən əvvəl 1952-ci il 16 dekabrında “Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında” 637 (VII) saylı qətnamə qəbul edilib.14 dekabr 1960-cı il tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən, əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.Avropanı birbaşa müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələri, eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə imperiyaları və onların tərəfdaşları olan az saylı güclü dövlətlər planetin böyük bir hissəsi üzərində iqtisadi, maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını qoruyub saxlayan dünya nizamı sistemini qurub.Bu güclərin eqoist maraqlarına, qəddar gücə və ikili standartlar siyasətinə əsaslanan beynəlxalq hüquq, əslində, müstəmləkə və yeni müstəmləkə hökmranlığı altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və ağlasığmaz ədalətsizliklər nümunələrindən biridir.

Əvvəlki məqaləVətəndaşların NƏZƏRİNƏ: Bakının bir hissəsində qaz kəsiləcək
Növbəti məqalədəErmənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb