Ev İdman Avropa Liqası: “Qarabağ”ın qapıçısının qurtarışı ən yaxşılar siyahısında göstərilib

Avropa Liqası: “Qarabağ”ın qapıçısının qurtarışı ən yaxşılar siyahısında göstərilib

100

Avropa Liqasının qrup mərhələsində qapıçıların ən yaxşı qurtarışları açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi “X” hesabı paylaşım edib.Burada “Qarabağ”ın qolkiperi Andrey Lunyovun seyvi də yer alıb. Rusiyalı oyunçunun VI turda Bakıda İsveçin “Hakken” klubu ilə oyundakı qurtarışı fərqləndirilib.

Qeyd edək ki, bu qarşılaşma “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə bitib. Azərbaycan çempionu pley-offda Portuqaliyanın “Braqa” kollektivi ilə üz-üzə gələcək.

Əvvəlki məqaləİslandiyada vulkan püskürüb
Növbəti məqalədəAzərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının VI qurultayı: Sədr seçildi