Ev İdman Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq

Azərbaycan futzal millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq

67

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində bu gün son oyununa çıxacaq.

Oxu.Az-ın məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşacaq.Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutacaq görüşü Litvadan olan hakimlər briqadası idarə edəcək.Son tur ərəfəsində Azərbaycan yığması 4 xalla sonuncu pillədə qərarlaşıb, Niderlandın isə hesabında 6 xal var. Millimiz qələbə qazanacağı təqdirdə, qrupu ikinci pillədə tamamlaya bilər. Komandanın pley-off mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı isə digər qruplardakı nəticələrdən də asılı olacaq.

Qrupun digər matçında Rumıniya ilə Qazaxıstan birincilərin meydançasında üz-üzə gələcəklər.

Əvvəlki məqaləErməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB
Növbəti məqalədəQərbi Azərbaycan İcması Ermənistan XİN-ə cavab verib