Ev Cəmiyyət Günün ikinci yarısından hava şəraiti dəyişib, bir sıra ərazilərə yağış və qar...

Günün ikinci yarısından hava şəraiti dəyişib, bir sıra ərazilərə yağış və qar yağıb

33

Dekabrın 23-ü saat 20:00-a olan məlumatına əsasən, günün ikinci yarısından hava şəraiti dəyişib, Balakən, Şəki, Mingəçevir, Zaqatala, Sarıbaşda (Qax), Ağstafa, Ceyrançöl, Gəncə, Tovuz, Yevlaxda arabir yağış, Şahdağ, Gədəbəydə qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bəzi yerlərdə cənub-qərb küləyi arabir güclənib.

Küləyinin maksimal sürəti: Naftalanda 32 m/s, Gəncədə 30 m/s, Tərtərdə 28 m/s, Tovuzda 26 m/s, Ağstafada 25 m/s, Balakəndə 24 m/s, Yevlaxda 23 m/s, Bərdədə 22 m/s, Şəki, Zaqatalada 20 m/s, Tovuzda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Əvvəlki məqaləAzərbaycan neftinin qiyməti artıb
Növbəti məqalədə“Yuventus” səfərdə qələbə qazandı