İngiltərə Premyer Liqasının 18-ci turunda “Vest Hem” “Mançester Yunayted”lə qarşılaşıb.Londondakı Olimpiya stadionundakı matç ev sahiblərinin qələbəsilə başa çatıb – 2:0.İlk hissə qolsuz keçib. İkinci hissənin 72-ci dəqiqəsində Bouen hesabı açıb. Tezliklə, 78-ci dəqiqədə Məhəmməd Kudus fərqi artırıb – 2:0.
Onun qolu bu görüşdə sonuncu olub.
Bu matçın nəticəsindən sonra “Mançester Yunayted” turnir cədvəlində səkkizinci pilləyə geriləyib. Komanda 18 görüşdən 28 xal toplayıb. “Vest Hem” eyni sayda oyundan 30 xalla 6-cı pilləyə yüksəlib.