“Azərbaycanla ticarət əlaqələrimiz güclüdür, bunun perspektivləri aydın görünür”.Bunu Türkiyənin ticarət naziri Ömer Bolat “CNN Türk”ə müsahibəsində bildirib.O, həmçinin deyib ki, Türk Dövlətləri Təşkilatının (TDT) digər üzvləri, o cümlədən Özbəkistanla da ticarət əlaqələrinin inkişafı üçün imkanlar var.
“Bundan başqa, Qərb və Afrika ölkələri ilə də ticarət əlaqələrimiz inkişaf edə bilər”, – deyə nazir əlavə edib.