Ev İdman “Çelsi” səfərdə məğlub oldu

“Çelsi” səfərdə məğlub oldu

37

İngiltərə çempionatının 18-ci turunda “Çelsi” “Vulverhempton”a məğlub olub.

Görüş 2:1 hesabı ilə “canavarlar”ın xeyrinə başa çatıb. Qaliblərin qollarını Mario Lemina (51-ci dəqiqə) və Mett Dogerti (90+3) vurub. Qonaqların heyətində Kristofer Nkunku fərqlənib (90+6).Premyer Liqanın turnir cədvəlində 22 xalla “Çelsi” 10-cu, “Vulverhempton” (22 xal) 11-ci yerdədir.

Londonlular növbəti oyununu dekabrın 27-də “Kristal Pelas”la keçirəcəklər, həmin gün “qurdlar” isə səfərdə “Brentford”la oynayacaqlar.

Əvvəlki məqaləŞəhid Teymur İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Növbəti məqalədəAzərbaycanın qızlardan ibarət gənc milliləri İstanbul toplanışını başa vurublar