Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.