Ev Cəmiyyət DYP-dən moped sürücülərinə XƏBƏRDARLIQ

DYP-dən moped sürücülərinə XƏBƏRDARLIQ

39

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə xəbərdarlığında deyilir.

Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır:“Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir”.

Əvvəlki məqaləQətlə görə 11 il həbs cəzası verilmiş şəxs bəraət aldı
Növbəti məqalədəBakıda soyğunçuluq edən şəxs saxlandı