Ev İdman Fatih Terim yeni klubu “Panatinaikos”a ilk transferini etdi 

Fatih Terim yeni klubu “Panatinaikos”a ilk transferini etdi 

36

Yunanıstanın “Panatinaikos” klubunun başına keçən türkiyəli baş məşqçi Fatih Terim ilk transferini Super Liqadan edib.  

Terim “Trabzonspor”da çıxış edən yunan yarımmüdafiəçi Anastasios Bakasetası klubun heyətinə qatmaq niyyətindədir və “Panatinaikos” bununla bağlı hərəkətə keçib.

“Panatinaikos”un 30 yaşlı təcrübəli futbolçuya bonuslarla birlikdə illik 2 milyon avro təklif edəcəyi bildirilir.

“Trabzonspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq Bakasetasın müqavilənin uzadılması ilə bağlı təklifləri rədd etdiyi və klubdan ayrılmaq qərarına gəldiyi iddia edilir.

Futbolçunu boşu-boşuna itirmək istəməyən “Trabzonspor”un isə təxminən 1 milyon avro müqabilində təklifə “hə” deyəcəyi ehtimal edilir.

Əvvəlki məqaləMərkəz rəhbəri: “Demarkasiya və delimitasiya Ermənistanla sülh sazişinə daxil edilməyəcək”
Növbəti məqalədəŞəhid polislərin ailə üzvlərinə ali dövlət mükafatları təqdim olundu