Ev İqtisadiyyat Rusiyanın Gürcüstan və Azərbaycanla sərhədində iki keçid məntəqəsi yenidənqurmadan sonra açılıb

Rusiyanın Gürcüstan və Azərbaycanla sərhədində iki keçid məntəqəsi yenidənqurmadan sonra açılıb

62

Rusiyanın Gürcüstan və Azərbaycanla sərhəddə iki avtomobil keçid məntəqəsi yenidənqurmadan sonra açılıb.

Bu barədə dekabrın 29-da Rusiya Nəqliyyat Nazirliyi “Telegram”da məlumat yayıb.“Bu gün biz yenidənqurmadan sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin ən mühüm iki avtomobil keçid məntəqəsini – Yuxarı Lars və Yaraq-Qazmalar məntəqələrini açırıq”, – deyə nəqliyyat naziri Vitali Savelyev bildirib.

O qeyd edib ki, yenidənqurmadan sonra Yuxarı Lars sərhəd keçidində zolaqların sayı 15-dən 39-a, Yaraq-Qazmalarda isə 14-dən 22-yə yüksəldilib.

Əvvəlki məqaləPrezident sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunda dəyişikliyi təsdiqlədi
Növbəti məqalədəAMB: “Azərbaycanda sığorta şirkətləri 500 milyard manatlıq riskə təminat verib”