Ev İqtisadiyyat Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

44

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 1,31 dollar və ya 1,61% azalaraq 81,56 ABŞ dolları olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib.

2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Əvvəlki məqaləŞuşada dünyaya göz açan, dahi şəxsiyyət Əhməd bəy Ağaoğlu barədə süjet hazırlanıb 
Növbəti məqalədəBakıda və Xaçmazda dəm qazından boğulma halları qeydə alınıb