Ev Dünya “Beşiktaş” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırdı

44

Türkiyənin “Beşiktaş” klubunda ayrılıq yaşanıb.İstanbul təmsilçisi Erik Bayi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bir müddət əvvəl rəhbərliyin qərarı ilə əsas komandadan uzaqlaşdırılan 29 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Beşiktaş” Erik Bayini mövsümün əvvəlində “Mançester Yunayted”dən transfer edib. Kot-D`İvuar millisinin üzvü olan təcrübəli futbolçu “qara qartallar”ın heyətində 8 rəsmi matçda meydana çıxıb.

Əvvəlki məqaləSinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndidə keçirilməsini təklif edib
Növbəti məqalədəAzərbaycan milli mətbəxi və musiqisi Türkmənistanda təqdim olunub