Ev Siyasət Azərbaycan İrana başsağlığı verib

Azərbaycan İrana başsağlığı verib

114

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.“İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Qeyd edək ki, partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə, ölənlərin sayı 103 nəfərə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Əvvəlki məqaləVətən müharibəsi iştirakçılarının bir qrupunun Türkiyəyə səfəri başlayıb
Növbəti məqalədəAzərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub