Ev İqtisadiyyat Dəyişən geosiyasi vəziyyət, yeni reallıqlar: Azərbaycanın nəqliyyat və logistika sahəsində uğurları

Dəyişən geosiyasi vəziyyət, yeni reallıqlar: Azərbaycanın nəqliyyat və logistika sahəsində uğurları

50

Azərbaycan coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional logistika, tranzit mərkəzi kimi seçilir.Tarixi İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Ölkəmiz enerji və ticarət yollarının kəsişməsində yerləşməsi, inkişaf etmiş infrastrukturu ilə nəqliyyat habına çevrilib. Qədim İpək Yolunun bərpası istiqamətində mühüm həlqə olan Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir. Bütün bunlar ölkəmizin strateji mövqeyə malik olduğundan xəbər verir.“Report” Azərbaycanın son 1 ildə nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurlara, ölkəmizin tranzit imkanlarının genişlənməsi istiqamətində atılan addımlara nəzər salır.Son illər ölkəmizdə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib.Azərbaycanın yaratdığı müasir infrastruktur regionun yeni nəqliyyat xəritəsini formalaşdırırAzərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin hər ikisində iştirak edən yeganə ölkədir. Ölkəmiz bu nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi, öz hesabına dəmir, avtomobil yolları və hava nəqliyyatı ilə bağlı olan infrastruktur layihələrinə investisiya yatırıb.Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. Qeyd edək ki, Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisinə ay yarımdan sonra başlanacaq və Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında təməli qoyulan “Şimal-Cənub” dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunursa, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddət iki dəfə azaldılacaq.İranın Prezident Administrasiyasının rəhbərinin müavini Məhəmməd Cəmşidi də açıqlamalarında qeyd edib ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin gətirəcəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq.

Əvvəlki məqaləFransada Natəvanın heykəli vandalizmə məruz qalıb
Növbəti məqalədəAzərbaycan nefti ucuzlaşıb