Ev İqtisadiyyat Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər

Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər

47

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il olub.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə dəyişib. Bununla da, Azərbaycan Mərkəzi Bankına (AMB) təkrarsığorta ilə bağlı minimum tələbləri müəyyən etmək səlahiyyəti verilib, sığorta sektorunda “Mühüm iştirak payı” anlayışı yenilənib.Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra ötən il azalıb. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk ediblər. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.Ötən il Azərbaycan bazarına yeni təkrarsığorta şirkəti daxil olmasa da, bu növ fəaliyyət üçün lisenziyaya malik olan şirkətlərin sayı artıb. AMB “Qala Sığorta” ASC-yə təkrarsığorta lisenziyası verib. Ondan başqa, “Azsığorta”, “Xalq Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta” və “PAŞA Sığorta” ASC-lər də həmin lisenziyaya malikdir. Bundan başqa, ölkədə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan 1 şirkət – “AzRe Təkrarsığorta” ASC də fəaliyyətini davam etdirir.Hesabat dövründə AMB sığorta bazarında “təmizləmə işləri”ni də davam etdirib. Xeyli sayda sığorta vasitəçisinin – sığorta agentlərinin və brokerlərinin lisenziyaları ləğv edilib.Onların bir qismi bazardan könüllü çıxıb, bir qismi isə aşkar olunmuş nöqsanları vaxtında aradan qaldırmadıqları üçün bazardan kənarlaşdırılıblar.

Əvvəlki məqaləİsrail səfiri nasistlərin İrəvandakı aksiyasını pisləyib
Növbəti məqalədəDünya bazarında neft qiymətləri artıb