Ev Siyasət İsrail səfiri nasistlərin İrəvandakı aksiyasını pisləyib

İsrail səfiri nasistlərin İrəvandakı aksiyasını pisləyib

26

Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.Bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion “X” sosial şəbəkəsində İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.

“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, – o yazıb.

Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.

Əvvəlki məqaləLaçında hərbçilər qəzaya düşdülər: Ölənlər və yaralananlar var
Növbəti məqalədəAzərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər