2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 851 milyon 28 min ABŞ dolları təşkil edib.Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.11 ayda Azərbaycanla MDB ölkələri arasında 1 milyard 502 milyon 99 min ABŞ dolları dəyərində ixrac (keçən ilə nisbətən 1,7% çox), 4 milyard 348 milyon 929 min ABŞ dolları dəyərində idxal (12,4% çox) əməliyyatları həyata keçirilib.
Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,8%, ümumi idxalında payı isə 27,5% təşkil edib.Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Türkmənistan, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova və Tacikistanla olub.Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 952 milyon 66 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 1 milyard 83 milyon 642 min ABŞ dolları, idxalının dəyəri isə 2 milyard 868 milyon 424 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 21%, o cümlədən ixrac 26,1%, idxal isə 19,3% artıb.Ölkəmizin Türkmənistanla ticarət əməliyyatlarının dəyəri 738 milyon 965 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 77 milyon 332 min ABŞ dolları, idxalının dəyəri isə 661 milyon 633 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 73%, o cümlədən ixrac 3,9 dəfə, idxal isə 62,4% artıb.
Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 320 milyon 310 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 109 milyon 843 min ABŞ dolları, idxalının dəyəri isə 210 milyon 467 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 44,8%, o cümlədən ixrac 68,8%, idxal isə 7,9% azalıb.Ölkəmizin Qazaxıstanla ticarət əməliyyatlarının dəyəri 300 milyon 795 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 93 milyon 31 min ABŞ dolları, idxalının dəyəri isə 207 milyon 764 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 45,3% azalıb, o cümlədən ixrac 2,9% artıb, idxal isə 54,8% azalıb.Azərbaycanın Belarusla ticarət dövriyyəsinin dəyəri 299 milyon 697 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 27 milyon 201 min ABŞ dolları, idxalının dəyəri isə 272 milyon 496 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 2,1%, o cümlədən ixrac 5,6% azalıb, idxal isə 44,4% artıb.










