Ev Siyasət Növbədənkənar prezident seçkisi: YAP ilkin maliyyə hesabatını təqdim edib

Növbədənkənar prezident seçkisi: YAP ilkin maliyyə hesabatını təqdim edib

42

Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə qeydə alınmış namizədinin seçki fondlarının gəlir və xərclərinin ilkin maliyyə hesabatını açıqlayıb.Oxu.Az-ın məlumatına əsasən, YAP bununla bağlı sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edib.İlkin maliyyə hesabatında YAP-ın gəlirlərinin cəmi 250 min manat həcmində göstərilib. Bundan sonra YAP ikinci və yekun maliyyə hesabatlarını təqdim edəcək.

Qeyd edək ki, MSK YAP-ın prezidentliyə namizədi İlham Əliyevin namizədliyini qeydə alıb.Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.

Əvvəlki məqaləMSK müşahidəçilərə yol göstərən kitabça hazırladı 
Növbəti məqalədəİlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib