Ev Siyasət Məzahir Pənahov diplomatik nümayəndəliklərdə yaradılan seçki məntəqələrinin sayını açıqladı

Məzahir Pənahov diplomatik nümayəndəliklərdə yaradılan seçki məntəqələrinin sayını açıqladı

33

“Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində soydaşlarımızın səs verməsi üçün 49 məntəqə yaradılıb”.Oxu.Az-ın məlumatına əsasən, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.Məzahir Pənahov Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün xarici ölkələrdən və təşkilatlardan müraciətlər daxil olduğunu da deyib.

Qeyd edək ki, 2024-cü ilin fevralın yeddisində Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Əvvəlki məqaləTürkiyədə yaşayan azərbaycanlı alimə iki mükafat təqdim ediləcək
Növbəti məqalədəMSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb