Ev İdman “Qalatasaray” səfərdə xal itirdi

“Qalatasaray” səfərdə xal itirdi

45

Türkiyə Super Liqasının 16-cı həftəsinin təxirə salınmış “Sivasspor” – “Qalatasaray” matçı baş tutub.Yeni 4 Eylül Stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib.

“Qalatasaray” 45+1-ci dəqiqədə Kerem Demirbayın vurduğu qolla hesabı açıb.Lakin 86-cı dəqiqədə Fode Koita topu penaltidən tora göndərərək bərabərliyə nail olub 1:1.

Görüşün 90+6-cı dəqiqəsində “cim-bom”lu Kerem Aktürkoğlu ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.Bu nəticə ilə xalını 48-ə çatdıran “Qalatasaray” lider “Fənərbaəça”dan 2 xal geriyə düşüb və hazırda 2-ci pillədə qərarlaşıb. Xalı 25-ə yüksələn “Sivasspor” isə turu 10-cu pillədə başa vurub.

Əvvəlki məqaləAzad olunan ərazilərə bu il ilk köçün tarixi açıqlanıb
Növbəti məqalədə“Tottenhem”in müdafiəçisi “Bavariya”ya keçəcək