“Tottenhem Hotspur” və İngiltərə millisinin müdafiəçisi Erik Dayer tezliklə “Bavariya” ilə müqavilə imzalayacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış futbol insayderi Fabrisio Romano xəbər verib.Onun sözlərinə görə, Dayer Almaniya klubuna transferinin məbləği 4 milyon avro olacaq.
Erik Dayer 2014-cü ildən “Tottenhem”də çıxış edir. Futbolçu bütün rəsmi turnirlərdə komandanın tərkibində 365 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.