Ev İdman Adrian Mutu “Neftçi”dən getməsinin səbəbini açıqladı

Adrian Mutu “Neftçi”dən getməsinin səbəbini açıqladı

37

Rumıniyalı mütəxəssis, Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Adrian Mutu komandadan getməsinin səbəbi barədə danışıb.

O, “Neftçi”dən qovulması ilə bağlı yayılan xəbərləri təkzib edib.“Deyirlər ki, sanki həyatımın çətin dövründə komandadan qovulmuşam. Amma bu doğru deyil. Anam komaya düşəndə ​​ailəmin yanında olmaq istədiyimi bildirdim. Onun ölümündən sonra isə qayıtmamaq qərarına gəldim. Futbola olan marağımı itirdim. Heç bir mübahisə etməmişik. Mən qurban kimi görünməyi sevmirəm. Elə həmin gün uzatmadım və dərhal getdim”, – Mutu etiraf edib.

Qeyd edək ki, Adrian Mutunun “Neftçi” ilə müqaviləsinə dekabrın 24-də xitam verilib. Komandanın yeni baş məşqçisi Monteneqrodan olan Miodraq Bojoviç olub.

Əvvəlki məqaləRonaldu FIFA səsverməsində iştirakdan imtina edib
Növbəti məqalədəPrezident seçkisində “exit poll” keçirilməsi üçün sənədlərin qəbulu müddəti sabah başa çatır