Ev İqtisadiyyat Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb

Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb

65

Ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7% azalıb, qeyri neft-qaz sektorunda isə 3,7% artıb.

ÜDM istehsalının 40,5%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i tikinti, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 18,6%-i digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 manata bərabər olub.

Əvvəlki məqaləNazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30%-ini bərpa olunan mənbələrdən təmin edəcək”
Növbəti məqalədə“Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edilib