Ev Dünya İngiltərə Premyer Liqası: “Topçular”dan darmadağın

İngiltərə Premyer Liqası: “Topçular”dan darmadağın

39

İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal” “Kristal Pelas”ı qəbul edib.“Emireyts” stadionunda baş tutan oyun “Topçular”ın xeyrinə yekunlaşıb – 5:0.11-ci dəqiqədə Maqalyans matçda hesabı açıb. 37-ci dəqiqədə Hendersonun avtoqolu sayəsində fərq iki topa çatıb. 59-cu dəqiqədə Trossard üçüncü topu qonaqların qapısından keçirib. Son nöqtəni isə iki dəqiqəyə (90+4 və 90+5) iki qol vuran Martinelli qoyub – 5:0.

Beləliklə də, “Arsenal” 43 xalla hazırda üçüncü pillədə qərarlaşıb. Öz növbəsində, “Kristal Pelas” isə 21 xalla 14-cü yerdədir.

Əvvəlki məqaləAzərbaycan atleti lisenziya xarakterli turnirdə bürünc medal qazanıb
Növbəti məqalədəBatumi hava limanında bütün reyslər təxirə salınıb