Ev İdman Kriştianu Ronaldu 2023-cü il üçün şəxsi yekunlarını açıqlayıb

Kriştianu Ronaldu 2023-cü il üçün şəxsi yekunlarını açıqlayıb

39

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu 2023-cü ildəki çıxışını dəyərləndirib.

“Mən konsentrasiyamı cəmlədim, əla mövsüm keçirməyim üçün motivasiyamda mühüm rol oynayan Luis Kastronun rəhbərliyi altında məşqçilər korpusu ilə “Ən-Nəsr”də əla mövsümöncəsi keçirdim.

Bilirəm ki, hələ edəcəyim çox şey var. Bilirəm ki, “Ən-Nəsr” və milli komanda üçün çoxlu qol vura bilərəm. Şəxsi müstəvidə də bu il gözəl keçdi”, – deyə Ronaldu bildirib.Qeyd edək ki, ötən ilin sonunda Kriştianu Ronaldu 54 qol vuraraq, ən yaxşı bombardir olub. Bu mövsüm portuqaliyalı 25 matçda meydana çıxıb, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Əvvəlki məqaləBoksçularımız ilin ilk yarışında yeddi medal qazanıblar
Növbəti məqalədəİlk türkiyəli astronavt kosmosdan Bakının şəklini çəkəcək