Ev İdman AFFA hakimləri təhqir edənləri cəzalandırıb

AFFA hakimləri təhqir edənləri cəzalandırıb

61

AFFA Region Liqasında hakimləri təhqir edən şəxslər İntizam Komitəsi tərəfindən cəzalandırılıblar.

İdman.biz xəbər verir ki, “Ərgünəş” (Füzuli) – “Mil” (Beyləqan) qarşılaşmasının 35-ci dəqiqəsində hakimi təhqir edən meydan sahiblərinin rəsmisi Atəm Ağayev 5 oyun cəzalanıb.“Araz” (İmişli) – “Ümid” (Saatlı) oyununda qonaqların futbolçusu Nurlan İsayev təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 matçlıq cəza alıb. “Hacıqabul” – “Olimpiya” (Ağcabədi) görüşündə qonaqların baş məşqçisi Namiq Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

“Veteran Tankçılar” (Gəncə) – “Bərdə” matçında meydan sahibləri əvəzetmə limitini pozublar – buna görə gəncəlilərə xəbərdarlıq edilib.

Əvvəlki məqalə“Çelsi” Kallum Uilsonu transfer etməyi düşünür
Növbəti məqalədəBaş prokuror: “Ötən il 19 zorlanma hadisəsi qeydə alınıb“