“Avropa Şurası hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam etməkdədir”.Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.“Azərbaycan 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin müdrik, beynəlxalq hüquq və prinsiplərə əsaslanmış qərarından sonra işğalçı Ermənistan dövləti ilə İkinci Qarabağ-Vətən Müharibəsini həyata keçirdi, 1990-cı ilin əvvəllərindən işğal altında saxanılan torpaqlarını azad etdi. Beləliklə, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum 4 qətnamənin icrasını təkbaşına icra edərək, 30 il müddətində davam edən ədalətsizliyə son qoydu.Təbii ki, əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra dünya dövlətləri, eləcə də BMT-də daxil olmaqla, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın bu ədalətli mübarizəsinə haqq qazandıraraq ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasını alqışladılar.Lakin, bunlarla yanaşı olaraq, erməni lobbisi öz himayədarlarının və Cənubi Qafqazla bağlı çirkin niyyətləri olan dövlətlərin fəal iştirakı ilə Azərbaycanın bu haqq işinə müxtəlif istiqamətlərdə kölgə salmağa və bu müharibənin nəticələri ilə razılaşmamaq üçün çox çirkin oyunlar oynamağa başladı.Baxmayaraq ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən böyük işlər görülür, bu ardıcıl tədbirləri gözü götürməyən qüvvələr də öz məkrli oyunlarını davam etdirərək beynəlxalq nüfuzlarından istifadə edir, ölkəmizə qarşı qərəzli münasibət nümayiş etdirir, Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vururlar.Bunun timsalında 30 il Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində sözdə tərəfsiz olaraq çıxış edən və sülhün əldə olunması üçün danışıqlar prosesinin tərkib hissəsi olan Fransa, 2020-ci ildən sonra birmənalı mövqe ortaya qoyaraq ermənilərin dəstəklənməsi istiqamətində qərəzli fəaliyyətə başladı. Bununla da Fransa və digər “dost” ölkələr Böyük Sülh Sazişinin imzalanmasına dəstək olmaq əvəzinə artıq müxtəlif platformalarda Azərbaycanı qaralamağa və mümkün olan vasitələrlə ölkəmizə təsir etmək qərarına gəldilər”.Deputat bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində bu hal ilk dəfə 23 oktyabr 2023-cü il tarixində yaşandı. Belə ki, Avropa Şurası Parlament Assambleyası Fransa və bir sıra Avropa dövlətlərinin apardığı fəaliyyət nəticəsində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək, öz məkrli əməllərini ortaya qoydular. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.
Ev Siyasət Deputat: “Avropa Şurası hər zaman Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib”