Bakı şəhər Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, 596 saylı xətt üzrə hərəkət edən iki “Daewoo” markalı sərnişin avtobuslar bir-birinə çırpılıb.Nəticədə avtobuslarda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.










