Ev Cəmiyyət Azərbaycanda bəzi dəmiryol stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək

Azərbaycanda bəzi dəmiryol stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək

40

“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan “Stadler FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

Bu barədə səhmdar cəmiyyəti xəbər verib.Məlumata görə, bu məqsədlə ikimərtəbəli “KISS” markalı “Stadler” qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə hündürlüyü çox olmayan əlavə hissələr tikilir.

Əvvəlki məqaləSəbaildə qurudulan yaşıllıq sahəsi ilə bağlı qərar verildi
Növbəti məqalədəLaporta keçmiş baş məşqçini “Barselona”ya dəvət etmək istəyir