Ev Siyasət Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

59

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 1,26 ABŞ dolları və ya 1,44% azalaraq 86,28 ABŞ dollarına enib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Əvvəlki məqaləMuxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
Növbəti məqalədəBakının bir hissəsində su kəsiləcək