Ev İdman Premyer Liqa: XXI tur çempionun səfər oyunu ilə başlayacaq

Premyer Liqa: XXI tur çempionun səfər oyunu ilə başlayacaq

36

Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.Oxu.Az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.Tur son çempion “Qarabağ”ın matçı ilə başlayacaq. Ağdam təmsilçisi “Səbail”in qonağı olacaq. Qurban Qurbanovun yetirmələri hazırda 47 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 5-ci pillədəki “Səbail”in hesabında 27 xal var.Günün ikinci qarşılaşmasında baş məşqçisiz qalan “Sabah” “Turan Tovuz”la evdə üz-üzə gələcək. Bakılıları bu görüşə İqor Ponomaryov çıxaracaq. Komandaların turnir cədvəlində qonşu olmaları oyuna marağı bir qədər də artırır. “Sabah” 26 xalla 7-ci sıradadırsa, “Turan Tovuz” rəqibindən cəmi 1 xal az toplayıb.Qeyd edək ki, “Sumqayıt” – “Neftçi”, “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşması isə bir gün sonra keçiriləcək.

Əvvəlki məqaləAzərbaycanın dörd idmançısı bu gün Fransada yarışa çıxır
Növbəti məqalədəSeçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb