Ev Siyasət Səfirliklərimizdə prezident seçkisi ilə əlaqədar səsvermə prosesi

Səfirliklərimizdə prezident seçkisi ilə əlaqədar səsvermə prosesi

35

Ölkəmizin Rusiyadakı səfirliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı səsvermə başa çatıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində yaradılan 19 saylı Nərimanov birinci seçki dairəsinin 42 saylı və 19 saylı Nərimanov birinci seçki dairəsinin 43 saylı seçki məntəqələrində 2 500-dən çox Azərbaycan vətəndaşı qeydiyyatdan keçib.Moskva və Moskva vilayətində yaşayan 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmək imkanına malik idilər. Səhər saat 8:00-dan açılmış məntəqələrdə Azərbaycan vətəndaşlarının səs verməsi üçün hər bir şərait yaradılıb, müasir texniki vasitələrlə təchiz olunub. Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr sırasında seçkilərdə ilk dəfə iştirak edən gənclərə səfirlik tərəfindən xüsusi hədiyyələr də təqdim olunub.Moskva vaxtı ilə saat 19:00-da məntəqələr bağlanıb. Seçki qutularının açılması və səslərin sayılması prosesinə başlanılıb.

Əvvəlki məqaləİcma: “Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoyulmalıdır”
Növbəti məqalədəMilli Məclisin sədri Sahibə Qafarova səs verib