Ev İdman Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub

Azərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub

41

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinala yüksələn ilk komanda “Zirə” olub.

Oxu.Az-ın məlumatına görə, qəsəbə təmsilçisi 1/4 finalda “Səbail”i üstələyib.İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun kollektivi uğurlu çıxışını cavab qarşılaşmasında da davam etdirib. Rəqibini bu dəfə 3:0 hesabı ilə məğlub edən “Zirə” yarımfinala adlayıb. Komandanın qollarını Abbas İbrahim (dördüncü dəqiqə), Rəhim Sadıxov (42) və Rafael Utziq (74) vurublar.

“Zirə”nin yarımfinaldakı rəqibi “Qəbələ” – “Araz-Naxçıvan” cütünün qalibi olacaq. Komandalar sabah cavab görüşünə çıxacaqlar. “Dalğa Arena”da gerçəkləşən ilk matçda 1:1 hesabı qeydə alınıb.Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin ikisində və 23-də keçiriləcək.

Əvvəlki məqaləQarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq?
Növbəti məqalədəKomando bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələlərindən görüntülər