Ev Hərbi Komando bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələlərindən görüntülər

Komando bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələlərindən görüntülər

45

2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər.İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib.

Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib.Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Əvvəlki məqaləAzərbaycan Kuboku: Yarımfinala yüksələn ilk komanda “Zirə” olub
Növbəti məqalədəBakıda 49 yaşlı qadın dəm qazından boğulub