Ev Cəmiyyət Masallı sakinlərinin NƏZƏRİNƏ: Bəzi kəndlərdə qaz olmayacaq

Masallı sakinlərinin NƏZƏRİNƏ: Bəzi kəndlərdə qaz olmayacaq

33

Sabah Masallı rayonunun dörd kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Masallı rayonunun Bambaşı kəndində diametri 273 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır”, – deyə qurumdan bildirilib.

Əvvəlki məqaləAzərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü baş tutacaq
Növbəti məqalədəAndiçmə mərasiminə valideynlər buraxılmayacaqlar