Yaponiya dünyanın üçüncü ən güclü iqtisadiyyatı statusunu Almaniyaya ötürüb. Zəif daxili tələbat səbəbindən ölkə iqtisadiyyatı 2023-cü ilin son rübündə gözlənilmədən tənəzzülə uğrayıb.
Bu barədə Yaponiya hökumətinin hesabatına istinadən məlumat yayılıb.Yaponiyanın nominal ümumi daxili məhsulu inflyasiya nəzərə alınmadan 4,21 trilyon dollar təşkil edib. Eyni zamanda, Almaniyanın ÜDM-i 4,46 trilyon dollara çatıb.“Bu, keçən il koronavirusla bağlı azalmış tələbata görə verilən dəstəyə baxmayaraq baş verib. Real əməkhaqqı bərpa olunmağa başlayana qədər heç bir eyforiya olmayacaq”, – deyə “Daiwa Securities Co”nun baş iqtisadçısı Toru Suehiro bildirib.
O, nəticələri bazarlar üçün “mənfi sürpriz” adlandırıb.Ölkə iqtisadiyyatının zəifləməsi əsasən milli valyuta olan yenin dəyərinin düşməsi ilə bağlı olub. Oktyabr-dekabr rübündə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 0,1 faiz və ya illik müqayisədə 0,4 faiz azalıb.