Ev Dünya Gürcüstan və Özbəkistanın baş nazirləri Əli Əsədovu təbrik ediblər

Gürcüstan və Özbəkistanın baş nazirləri Əli Əsədovu təbrik ediblər

44

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Bildirilib ki, A.Aripov həmkarını Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur.A.Aripov, həmçinin, nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Əvvəlki məqaləAzərbaycan Müdafiə Nazirliyindən əsgər valideynlərinə ÇAĞIRIŞ
Növbəti məqalədəPrezident İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid Münhendə görüşüblər