Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə yol xəritəsinə dair fikir mübadiləsi aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.“Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, Sankt-Peterburq hökumətinin üzvü – Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevlə görüşümüzdə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivləri müzakirə etdik”, – deyə E.Əliyev qeyd edib.