Ev Hərbi Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

36

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Oxu.Az-a bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 12-18 fevral 2024-cü il tarixləri ərzində 46 tank əleyhinə mina, 33 piyada əleyhinə mina, 525 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 886,1 hektar ərazi minalardan təmizlənib.

Əvvəlki məqaləGüllü-çiçəkli Şüvəlan illər əvvəl: “Qızıl Fond”dan nadir görüntülər
Növbəti məqalədəTanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı