Ev Manşet Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu”

Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu”

40

“İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə mütləq şəkildə qarşıya qoyulan məsələlərin həllinə nail olacağına söz vermişdi. Bu, belə də oldu”.Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.Onun sözlərinə görə, İlham Əliyev illər əvvəl verdiyi vədləri yerinə yetirib:“Dövlət başçısı işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarının tam bərpa olunacağına söz vermişdi və hamısı reallaşıb. O, torpaqlarımız işğal altında olan zaman xarici dövlətlərin dəstəklədikləri ermənilərə qarşı apardığı mübarizədən alnıaçıq şəkildə çıxıb, öz sözünü deyib”.

Deputat əlavə edib ki, Prezident məqsədlərin reallaşması üçün fəaliyyət göstərib:“İlham Əliyev yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti ilə qısa müddətdə xalq arasında böyük rəğbət qazandı. Prezidentin siyasətində əsas xətt həmişə xalqın rifahı, ərazi bütövlüyü olub. Bu istiqamətdə də ciddi işlər görülüb”.

Əvvəlki məqaləVilayət Eyvazov Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib
Növbəti məqalədəİlham Əliyevin Münhen zəfəri