Ev Dünya Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

Latviya Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

18

Latviya Seymi (parlamenti) Baltikyanı ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.Bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.“Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında qanuna qəbul edilmiş dəyişikliklər Latviyaya istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyur”, – Seymin saytında yerləşdirilən məlumatda qeyd olunub.Dəyişikliklərə əsasən, məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz. Qadağa Latviya vasitəsilə Aİ-nin digər ölkələrinə gedən məhsullara deyil, Latviyada qalan məhsullara şamil edilir.

Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.

Əvvəlki məqaləBakıda kafedə baş verən yanğın söndürülüb
Növbəti məqalədəAvropa Liqası: “Qarabağ” “Braqa” ilə oyunda azlıqda qaldı