Ev Siyasət Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə...

Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam edir

24

Fevralın 23-də Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirir.

AZƏRTAC xəbər verir ki, plenar sessiya çərçivəsində Vüqar Bayramovun moderatorluğu ilə Sosial və mədəni məsələlər daimi komitəsinin iclası keçirilir.

Sosial və mədəni məsələlər daimi komitəsinin gündəliyinə 13 məsələ daxil edilib:

1. Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması üzrə tədbirlər haqqında Qətnamə layihəsi;

2. İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Asiya İnteqrasiyasına dair Qətnamə layihəsi;

3. Asiyada sağlamlıq bərabərliyi üzrə əməkdaşlıq haqqında Qətnamə layihəsi;

4. Asiya parlamentarilərinin korrupsiyaya qarşı mübarizəsi haqqında Qətnamə layihəsi;

5. APA-nın Qadın Parlamentarilər haqqında Qərar layihəsi;

6. Dünya dinlərinin ardıcılları arasında dialoqun və harmoniyanın təşviq edilməsi haqqında Qətnamə layihəsi;

7. Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında Qətnamə layihəsi;

8. Asiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə səmərəli əməkdaşlıq haqqında Qətnamə layihəsi;

9. Asiyada davamlı cəmiyyət üçün keyfiyyətli uşaq və gənclərin inkişafının təşviqi haqqında Qətnamə layihəsi;

10. Asiyada Yaşlanma Cəmiyyəti haqqında Qətnamə layihəsi;

11. Asiyada İnsan İnkişafına dair Qətnamə layihəsi;

12. Asiyada turizm əməkdaşlığı haqqında Qətnamə layihəsi;

13. Komissiya haqqında Qərar layihəsi (Təxirə salınmış).

Əvvəlki məqaləAvropa Liqası: “Qarabağ” “Braqa” ilə oyunda azlıqda qaldı
Növbəti məqalədəHəmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb