Ev Dünya Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

18

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Amil Səfərovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyətinə xitam verildiyi üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyir.

Hər iki valideyni azərbaycanlı olan, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

Amil Səlimov, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq koordinatorudur.

Qeyd edək ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.

Əvvəlki məqaləBakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam edir
Növbəti məqalədəZelenski Azərbaycana yeni səfir təyin etdi